...

İran XİN başçısı Əfqanıstana gedəcək

Dünya xəbərləri Materials 14 Yanvar 2015 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın vaxtlarda Əfqanıstana səfər edəcək. Trend-in ISNA agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mərziyyə Əfxəm bu gün keçirdiyi həftəlik məbuat konfransında deyib.

M.Əfxəm bildirib ki, hazırda səfərin proqramı hazırlanır və bu səfər tezliklə baş tutacaq: "İran və Əfqanıstanın yeni hökuməti arasında müzakirələr davam etdirilir. Əfqanıstan və İran iki qonşu ölkədir və iki ölkənin münasibətləri davamlı şəkildə inkişaf etməkdədir. Hazırda iki ölkənin əməkdaşlıq və dostluq əlaqələrinin hərtərəfli inkişafı üçün sənəd hazırlanır".

O, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin də İrana səfər edəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti