...

Argentina kəşfiyyat xidmətini yenidən qurur

Dünya xəbərləri Materials 27 Yanvar 2015 14:55 (UTC +04:00)
Argentinada hazırlanacaq yeni qanun layihəsi ilə ölkədə kəşfiyyat strukturu yenidən qurulacaq.
Argentina kəşfiyyat xidmətini yenidən qurur

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Məftun Salmanov/

Argentinada hazırlanacaq yeni qanun layihəsi ilə ölkədə kəşfiyyat strukturu yenidən qurulacaq. Trend-in çərşənbə axşamı "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Argentina Prezidenti Kristina Fernandes de Kirşner deyib.

Prezident prokuror Alberto Nismanın sirli ölümündən sonra bu qərara gəlib. Meyiti evinin hamamında aşkar edilən prokurorun başına bir güllə vurulmuşdu.

A.Nisman 1994-cü ildə Buenos Ayresdə yəhudi mərkəzinə edilən hücuma görə (hücumda 85 nəfərin ölmüş, 300 nəfər yaralanmışdı) ölkənin üst səviyyəli məmurlarına qarşı ittiham irəli sürmüşdü.

Prezident kəşfiyyat xidmətinin əvəzinə Federal Kəşfiyyat Agentliyini quracaqlarını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti