Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Məftun Salmanov/
2012-ci ildən vətəndaş müharibəsinin davam etdiyi Mərkəzi Afrika Respublikasında əl bombalarını "Coca-Cola" içkisindən ucuz qiymətə almaq olar.
Trend-in Türkiyə "Sabah" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu ölkədə əl bombalarının qiyməti 50 sent ilə 1 dollar arasında dəyişir.
Bu ucuz sursatlar ölkəyə daha çox Çin və Bolqarıstandan gətirilir.