...

Taner Yıldız: Türkiyə enerji layihələrini milli maraqlar çərçivəsində reallaşdırır

Dünya xəbərləri Materials 29 Yanvar 2015 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Ankara enerji layihələrini milli maraqlar çərçivəsində reallaşdırır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə ABŞ, İran və Rusiya ilə bir sıra enerji layihələri həyata keçirir.

Nazir qeyd edib ki, Türkiyənin Azərbaycanla həyata keçirdiyi enerji layihələri xüsusi statusa malikdir: "Yeni enerji layihələrinin reallaşdırılmağa başlanması Ankaranın digər layihələrdən imtina etməsi və yeni layihələrin digərlərinə alternativ olması demək deyil".

Ötən gün T.Yıldız bəyan etmişdi ki, "Türk axını" qaz kəmərinin marşrutu müəyyən olunduqdan sonra onunla Transanadolu qaz kəməri (TANAP) arasında sağlam rəqabət başlayacaq.

Bundan əvvəl isə nazir "Türk axını"nın TANAP-a rəqib olmayacağını bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti