...

Tayvanda təyyarə qəzasında həlak olanların sayı 9-a çatıb

Dünya xəbərləri Materials 4 Fevral 2015 10:16 (UTC +04:00)
Çərşənbə günü Tayvanın paytaxtı Taybeydə "TransAsia Airways" aviaşirkətinə məxsus təyyarənin çaya düşməsi nəticəsində həlak olanların sayı 9-a çatıb.
Tayvanda təyyarə qəzasında həlak olanların sayı 9-a çatıb

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Çərşənbə günü Tayvanın paytaxtı Taybeydə "TransAsia Airways" aviaşirkətinə məxsus təyyarənin çaya düşməsi nəticəsində həlak olanların sayı 9-a çatıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti "Sinxua" agentliyinə istinadən məlumat yayıb.

Bundan əvvəl 2 nəfərin həlak olduğu, 10 sərnişinin isə xəsarət aldığı bildirilmişdi.

KİV-in məlumatına görə, ATR 72 təyyarəsi "Taipei Songshan Airport" hava limanından havaya qalxdıqdan sonra Tsinmen çayına düşüb. Təyyarədə 53 sərnişin və 5 ekipaj üzvü olub.

Xəbər verilir ki, həlak olan 9 nəfər də daxil olmaqla, ən azı 27 nəfəri təyyarədən xilasedicilər çıxarıblar. Sərnişinlərin əksəriyyəti təyyarədə qalıblar. Sərnişinlərdən bəziləri hadisədən sonra üzərək sahilə çıxıb.

Hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu ehtimal edilir. Sərnişinlər arasında iki uşaq da olub. Təyyarə bir ildən azdır ki, istismar olunur. O, 2014-cü ilin aprelində inşa edilib və son dəfə texniki yoxlamadan yanvarın 26-da keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti