Silah alışına 120 milyard dollar xərcləyəcək

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir Məftun Salmanov/
Hindistan yaxın 10 il ərzində müasir silah və hərbi texnikanın alınması üçün ən azı 120 milyard dollar xərcləməyi planlaşdırır. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Hindistan Müdafiə Nazirliyindəki mənbə deyib.
Onun sözlərinə görə, həmin məbləğdən Hindistan Hərbi Hava Qüvvələrinin payına təqribən 35 milyard dollar ayrılacaq.
Mənbə qeyd edib ki, 15 il ərzində 1000 ədəddən çox müxtəlif modifikasiyalı helikopter Silahlı Qüvvələrin istifadəsinə veriləcək: "Onların çoxu Hindistanda xarici tərəfdaşlarla birlikdə istehsal olunacaq".
Xəbər lenti
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Cənab Ali Baş Komandanımız iki cəbhədə öz Dəmir Yumruğunu göstərdi - Qarabağda və mediada - MÜSAHİBƏ