...

Türkiyə Konstitusiya Məhkəməsinə yeni sədr seçilib

Dünya xəbərləri Materials 10 Fevral 2015 12:44 (UTC +04:00)
Konstitusiya Məhkəməsinin yeni rəhbəri Zühtü Arslan olub.
Türkiyə Konstitusiya Məhkəməsinə yeni sədr seçilib

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Konstitusiya Məhkəməsinə yeni sədr seçilib. Bu barədə Trend çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən xəbər verir.

Konstitusiya Məhkəməsinin yeni rəhbəri Zühtü Arslan olub.

Əvvəlki sədr Haşim Kılıc Türkiyə Konstitusiya Məhkəməsinə 2007-ci il 22 oktyabr tarixindən rəhbərlik edib.

Zühtü Arslan 2009-2012-ci illərdə Türkiyə Polis Akademiyasının rəhbəri olub.

Son təyinatına qədər isə Konstitusiya Məhkəməsinin üzvü olub.

Türkiyədə Konstitusiya Məhkəməsi 1961-ci ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti