...

Su-24 bombardmançısı Volqoqrad vilayətində qəzaya uğradıqdan sonra partlayıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 11 Fevral 2015 13:41 (UTC +04:00)
Su-24 döyüş bombardmançısı çərşənbə günü Volqoqrad vilayətində qəzaya uğrayıb, pilotların taleyi hələlik məlum deyil.
Su-24 bombardmançısı Volqoqrad vilayətində qəzaya uğradıqdan sonra partlayıb (ƏLAVƏ OLUNUB)

İlk xəbər 13:20-də yayımlanıb

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Su-24 döyüş bombardmançısı çərşənbə günü Rusiyanın Volqoqrad vilayətində qəzaya uğradıqdan sonra partlayıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti-yə güc strukturlarındakı mənbə məlumat verib.

Agentliyin müsahibi bildirib: "Təyyarə Volqoqrad yaxınlığında "Marinovka" aerodromuna yaxın ərazidə yerə düşdükdən sonra tamamilə dağılıb və yararsız vəziyyətə düşüb.

Bundan əvvəl verilən məlumatda deyilirdi: "Təyyarə Volqoqrad yaxınlığında "Marinovka" aerodromuna yaxın ərazidə qəzaya düşüb. Göyərtədə iki ekipaj üzvü olub, onların taleyi naməlumdur".

Agentliyə bildirilib ki, təyyarə partlayıb, tamamilə dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti