...

Ərdoğana Mondraqon sürprizi (FOTO)

Dünya xəbərləri Materials 11 Fevral 2015 15:29 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Latın Amerikası turnesi çərçivəsində Kolimbiyada sürpriz edilib.
Ərdoğana Mondraqon sürprizi (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Məftun Salmanov/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Latın Amerikası turnesi çərçivəsində Kolimbiyada sürpriz edilib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, R.T.Ərdoğan Kolumbiya Prezidenti Xuan Manel Santosla görüşdükdən sonra sürpriz şəxslə qarşılaşıb.

Belə ki, Kolumbiya Prezidenti türkiyəli həmkarını "Qalatasaray" futbol klubunun keçmiş qapıçısı Fərid Mondraqonla görüşdürüb.

Türkiyə Prezidenti qeyd edib ki, F.Mondraqonun "Qalatasaray"da 6 il uğurlu futbol karyerası olub.

R.T.Ərdoğan martda Türkiyəyə gələcək F.Mondraqonu ailəsi ilə birlikdə qonaq çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti