Azərbaycan, Bakı, 12 fevral /Trend/
Amerikanın Vaşinqton ştatında polislər saxlanılarkən onlara daş atan kişini güllələyiblər. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Polisin məlumatına görə, Pasko şəhərində polis naryadı saxlandığı zaman avtomobilə daş atan 35 yaşlı Antonio Sambrano-Montesi yaxalamağa cəhd edib.
Polislər bildirirlər ki, onlar əvvəlcə kişiyə qarşı elektroşok tətbiq ediblər, lakin bu, ona təsir etməyib və o, zabitlərə daş atmaqda davam edib. Nəticədə polislər həmin şəxsə qarşı odlu silahdan istifadə ediblər.
Hadisə şahidlərinin sözlərinə görə, polis evsiz qaçmağa başlayarkən atəş açıblar. O, yalnız məhəllənin yarısına kimi qaça bilib.