Azərbaycan, Bakı, 10 mart /Trend/
Ukraynada Regionlar Partiyasının üzvü, sabiq deputat Stanislav Melnik intihar edib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, martın 9-da sabiq deputat Kiyevdə ov tüfəngindən özünü güllələyib. İntiharın səbəbi barədə məlum verilmir.
53 yaşlı sabiq deputat intihardan öncə yazdığı məktubda hamıdan bağışlanmasını istəyib.