...

Təyyarədə 10 nəfər özündən getdi

Dünya xəbərləri Materials 12 Mart 2015 17:52 (UTC +04:00)
"AirEuropa" şirkətinin Barselonadan Təl-Əvivə həyata keçirdiyi aviareysin 10 sərnişini kəskin qaz iyi səbəbindən huşunu itirib.
Təyyarədə 10 nəfər özündən getdi

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Tural Turan/

"AirEuropa" şirkətinin Barselonadan Təl-Əvivə həyata keçirdiyi aviareysin 10 sərnişini kəskin qaz iyi səbəbindən huşunu itirib. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.

Sərnişinlər Barselonadan yola düşərkən kəskin qaz iyi hiss ediblər. Bəzi məlumatlara görə, problem təyyarənin oksigen sistemində yaranmış nasazlıqla bağlı olub.

Nasazlığa baxmayaraq, reysi həyata keçirən təyyarə çərşənbə günü səhər müvəffəqiyyətlə yerə enib.

Şirkətin nümayəndələri hadisəni hələ şərh etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti