Azərbaycan, Bakı, 14 mart /Trend/
Türkiyə 1915-ci il hadisələrinin birtərəfli qiymətləndirilməsinin və onlardan Ankaraya qarşı siyasi təzyiq kimi istifadə edilməsinin əlyehinədir. Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç Avropa Parlamentinin guya Türkiyədə 1915-ci ildə ermənilərə qarşı etnik təmizləmə həyata keçirildiyinə dair bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, belə bəyanatlar türk və erməni xalqlarının dostluğu üçün ciddi təhlükə yaradır.