Azərbaycan, Bakı, 17 mart /Trend/
Qələbə Günü ərəfəsində, mayın 8-də Moskvada MDB dövlət başçılarının qeyri-formal görüşü keçiriləcək.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov deyib.
Onun sözlərinə görə, əcnəbi qonaqlar və iştirakçılar, onlar üçün hazırlanmış proqramlar barədə ətraflı məlumatı Müdafiə və Xarici İşlər nazirlikləri verəcəklər.