Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə məhkəmənin qərarı ilə "Twitter", "Youtube" və "Facеbook" sosial şəbəkələrinə giriş qismən məhdudlaşdırılıb.
Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Bu sosial şəbəkələrdə bir sıra hesablara giriş məhdudlaşdırılıb. Buna əsas səbəb bu yaxınlarda İstanbul Ədalət Sarayına hücum zamanı girov götürülmüş prokuror Səlim Kirazın fotolarının həmin akkauntlardan yerləşdirilməsi olub.