...

Pasportları ölkəni tərk edərkən də yoxlamağa başladılar

Dünya xəbərləri Materials 8 Aprel 2015 07:19 (UTC +04:00)

Böyük Britaniyada çərşəmbə günündən etibarən ölkəni tərk edərkən bütün vətəndaşların pasportları yenidən yoxlanılmağa başlanılıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, bu böyük növbələrə səbəb ola bilər. Bu anda fransız dispetçerlərin narazılıqları artıq "Easyjet", "British Airways", "Ryanair" kimi şirkətlətin bir neçə reyslərinin təxirə salınmasına səbəb olub.

Ölkədən çıxış zamanı pasportların yoxlanılması 1994-cü ildən 1998-ci ilə qədər aparılırdı. Bütün məlumatlar kağız lövhələrdə qeyd olduğundan qeydiyyatın aparılması çox vaxt tələb eüdirdi. Bu da lazım olan məlumatı toplamağa imkan vermirdi və 1998-ci ildə bu sistem ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti