...

Rusiya İrana S-300 raketlərinin satışı üzrə qadağanı aradan qaldırdı

Dünya xəbərləri Materials 13 Aprel 2015 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Rusiya Prezidenti Vladimir Putin İrana S-300 zenit-raket sistemlərinin tədarükü ilə bağlı qadağanı aradan qaldıran sərəncam imzalayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Bu fərmanla S-300 raketlərinin Rusiya ərazisindən İrana tranzit (o cümlədən hava nəqliyyatı ilə) daşınması, eləcə də RF hüdudlarından kənarda, Rusiya bayrağı altında gəmi və təyyarələrdən İran tərəfinə təhvil verilməsi ilə bağlı qadağanı aradan qaldırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti