...

ABŞ-da 17 avtomobilin iştirakı ilə yol qəzası baş verib

Dünya xəbərləri Materials 15 Aprel 2015 05:51 (UTC +04:00)

ABŞ-ın Yuta ştatında 17 avtomobil toqquşması nəticəsində 1 nəfər ölüb və 25 nəfər xəsarət alıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Hadisə Tuele ətrafında I-80 trassında baş verib. Yerli yol-patrul xidmətinin məlumatına görə, qəzaya 6 yük və 11 minik avtomobili düşüb.

Ehtimal olunur ki, hadisə pis görüntü səbəbindən yük maşınlarından birinin sürücüsü sürəti azaltmağa qərar verərkən baş verib. Bu zaman arxadan gələn maşınlar sürəti azaltmağa çatdırmayıblar.

Xəbər lenti

Xəbər lenti