Azərbaycan, Bakı, 22 aprel /Trend/
Rusiyanın Xəzər Donanmasının hərbi gəmiləri Cənub Hərbi dairəsində birləşmələrin döyüş hazırlığının yoxlanılması çərçivəsində dənizə çıxarılıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 10 ədəd hərbi gəmi, kater və təchizat gəmilərindən ibarət qrup Mahaçqala limanından dənizə çıxaraq təlim-döyüş tapşırıqları yerinə yetirib.
"Təlimlərdə "Dağıstan" raket gəmisi, desant katerləri və diversiya əleyhinə "P-351 Qraçonok" kateri, hidroqrafik xidmətin və köməkçi donanmanın gəmiləri hərəkətə gətirilib", - deyə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatında qeyd olunur.