Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
İraqa İŞİD terror təşkilatı ilə mübarizədə Türkiyə ordusunun köməyi lazım olacaq.
Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, bunu Çanaqqala döyüşünün 100-cü ildönümü ilə bağlı Türkiyədə səfərdə olan İraq Prezidenti Fuad Məsum deyib.
Onun sözlərinə görə, strateji əhəmiyyət daşıyan Mosul şəhəri uğrunda döyüşlər payızda başlayacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda bəyan etmişdi ki, ölkəsi İŞİD qruplaşmasına qarşı quru əməliyyatlarına başlamaq lazımdır.