...

Türkiyə qırıcı təyyarələr istehsal etmək istəyir

Dünya xəbərləri Materials 27 May 2015 17:32 (UTC +04:00)
Türkiyə müdafiə sənayesini inkişaf etdirmək niyyətindədir.
Türkiyə qırıcı təyyarələr istehsal etmək istəyir

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə müdafiə sənayesini inkişaf etdirmək niyyətindədir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə əsasən, Türkiyə yerli qırıcı təyyarələrin istehsalına başlamağı planlaşdırır: "Şübhəsiz ki, Ankara bu layihəni reallaşdıra biləcək".

Ə.Davudoğlu qeyd edib ki, yerli qırıcı artıq 2023-cü ildə istismara veriləcək: "Türkiyə müdafiə sənayesi sahəsində tam müstəqil olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti