...

"Şərq tərəfdaşlığı"nın Vətəndaş cəmiyyəti forumu Ermənistanı tənqid etdi

Dünya xəbərləri Materials 25 İyun 2015 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

"Şərq tərəfdaşlığı"nın Vətəndaş cəmiyyəti forumunun rəhbər komitəsi Ermənistanda polislərin dinc nümayişçilərə qarşı hərəkətləri ilə bağlı tənqidi bəyanatla çıxış edib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, komitə Ermənistan hakimiyyətinin qanunsuz hərəkətlərini pisləyib və konstitusiya çərçivəsində hərəkət edən vətəndaşları təqib etməyi dərhal dayandırmağa çağırıb.

Çağırışda, həmçinin Ermənistan hakimiyyətindən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti