...

Türkiyə 40 ölkədə səfirlərini dəyişdi

Dünya xəbərləri Materials 1 İyul 2015 15:03 (UTC +04:00)
Türkiyə 40 ölkədə yeni səfirlərini təyin etdi.
Türkiyə 40 ölkədə səfirlərini dəyişdi

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə 40 ölkədə yeni səfirlərini təyin etdi. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) xəbərində deyilir.

Bu ölkələr sırasında Belarus, Livan, Malta, Estoniya, Tacikistan, Vyetnam, Qazaxıstan və Əlcəzair var.

Həmçinin bildirilir ki, dəyişdirilən səfirlərin bir neçəsi Türkiyə Xarici İşlər Nazirliyində müşavir təyin edilib.

Xatırladaq ki, Türkiyə XİN-nin məlumatına əsasən, ölkənin xaricdə 228 diplomatik missiyası fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti