...

Fransa xüsusi təyinatlıları mağazada girov götürülən 18 nəfəri azad edib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 13 İyul 2015 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Fransanın Vilnev-la-Qaren şəhərindəki "Primark" mağazasına silahlı hücum olub. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, mağazaya soxulan bir neçə cinayətkar orada barrikadalar qurub.

Mağazada təqribən 10 nəfərin olduğu bildirilir. Cinayətkarlar heç bir tələb irəli sürməyiblər. Çox güman ki, söhbət silahlı qarətdən gedir.

Fransa xüsusi təyinatlıları mağazadan 18 nəfər girovu azad edə biliblər. Hələlik mağaza əməkdaşlarını girov götürmüş cinayətkarlar haqqında məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti