...

Türkiyənin şərqində polislərə hücüm ediblər, yaralanlar var

Dünya xəbərləri Materials 25 İyul 2015 07:56 (UTC +04:00)
Türkiyənin şərqində yerləşən Diyarbəkir və Həkkəri vilayətlərində polislərə hücüm ediblər.
Türkiyənin şərqində polislərə hücüm ediblər, yaralanlar var

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Türkiyənin şərqində yerləşən Diyarbəkir və Həkkəri vilayətlərində polislərə hücüm ediblər.

Trend-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, hər iki vilayətdə polislərə əl qumbaraları atılıb.

Hücum nəticəsində Diyarbəkir vilayətində 7 polis yaralanıb, Həkkəri vilayətində isə 2 polis işçisi yaralanıb.

Hər vilayətdə irimiqyaslı əməliyyat başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti