Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Solçu qeyri-leqal qruplaşmalar Türkiyədə terror hücumları hazırlayır. Trend-in "Vatan" qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyə kəşfiyyatı (MİT) xəbər yayıb.
Kəşfiyyatda olan mənbələrin məlumatına əsasən, PKK-nın Suriya qanadının bir neçə üzvü - Demokratik Birlik Partiyası (PYD) qaçqın kimi Suriyadan Türkiyə ərazisinə daxil olaraq polis şöbələrinə və hərbi obyektlərə hücum hazırlayır.
Məlumatda deyilir ki, Suriyadan Türkiyə ərazisinə PYD-nin 90-dan çox üzvü keçib.
Məlumatda bildirilir ki, PYD terrorçularının fəallaşması Türkiyə HHQ-nın İraq ərazisində PKK döyüşçülərinə qarşı apardığı əməliyyatlarla əlaqədardır.