...

Qırğızıstan FHN dağıdıcı zəlzələ barədə xəbərdarlıq etdi

Dünya xəbərləri Materials 4 Avqust 2015 10:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Qırğızıstan Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin ikinci yarısında respublika ərazisində intensivliyi 9 bala kimi qiymətləndirilən zəlzələ təhlükəsi barədə xəbərdarlıq edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu proqnoz FHN-in rəsmi saytında yerləşdirilib.

Qırğızıstan Milli Elmlər Akademiyası Seysmologiya İnstitutunun proqnozuna əsasən, Tacikistan və Çin ilə sərhəd ərazilər - Batkent və Oş vilayətləri ən təhlükəli zonalardır.

Zəlzələnin baş vermə ehtimalına görə ikinci yerdə şimali Tyan-Şan, xüsusilə də İssık-Kul vilayəti gəlir.

Qırğızıstan FHN, həmçinin avqust ayında respublika ərazisində havanın kəskin dəyişməsi ilə əlaqədar təbii ekzogen proseslərin aktivləşməsinin gözlənilməsi barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti