Azərbaycan, Bakı, 11 avqust /Trend/
Ölkə sərhədləri daxilində bir terrorçu belə qalmayanadək mübarizəmizi davam etdirəcəyik. Trend "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, ölkə sərhədləri daxilində və xaricində həyata keçirilən hərbi əməliyyatlar nəticəsində terror təşkilatları çox ciddi zərər çəkdilər.
"Ancaq bununla belə, terror təşkilatları ölkəmiz üçün təhdid olmaqdan çıxanadək, dövlətimizə və millətimizə qarşı çevrilən silahlar buraxılıb basdırılanadək mübarizəmiz davam edəcək", Ərdoğan bildirib.