...

Solomon adalarında 6,6 maqnitudalı zəlzələ baş verib

Dünya xəbərləri Materials 16 Avqust 2015 00:09 (UTC +04:00)
Bu gün Sakit okeanın Solomon adalarında 6,6 maqnitudalı zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti ABŞ-ın Geoloji xidmətinə istinadən xəbər verib.
Solomon adalarında 6,6 maqnitudalı zəlzələ baş verib

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Bu gün Sakit okeanın Solomon adalarında 6,6 maqnitudalı zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti ABŞ-ın Geoloji xidmətinə istinadən xəbər verib.

Məlumatda zəlzələnin Lata şəhərindən 214 km qərbdə baş verdiyi bildirilib. Zəlzələnin ocağı 6,3 kilometr dərinliyində yerləşib.

Ölən və yaralananlar barədə məlumat verilmir. Yerli hakimiyyət orqanları hələlik sunami təhlükəsi elan etməyib.

Seysmoloqlar bildirir ki, 6 maqnitudalı zəlzələ güclü hesab olunur, ciddi infrastruktur dağıntılarına və ölüm hallarına gətirib çıxarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti