...

İran yeni qanadlı raketlərin istehsalına başlayıb

Dünya xəbərləri Materials 25 Avqust 2015 16:35 (UTC +04:00)
İranın müdafiə nazirliyi “hava-yer” tipli “Nasr” qanadlı raketlərinin istehsalına başlayıb.
İran yeni qanadlı raketlərin istehsalına başlayıb

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir Elmira Tarıverdiyeva/

İranın Müdafiə Nazirliyi "hava-yer" tipli "Nasr" qanadlı raketlərin istehsalına başlayıb. Trend bu barədə IRNA agentliyinə istinadən məlumat verir.

Yaxın radiuslu "Nasr" qanadlı raketi hədəfi 35 kilometrdən məhv edə bilir.

Raketlərin istehsala başlamasına həsr olunan mərasimdə İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqan iştirak edib.

Nazir bildirib ki, Silahlı Qüvvələrin hərbi gücünün möhkəmləndirilməsi və müdafiə qabiliyyətinin artırılması üçün İranın raket potensialının inkişafı ölkənin müdafiə nazirliyinin əsas strategiyalarından biridir.

H.Dehqan həmçinin qeyd edib ki, "Nasr" qanadlı raketlərin Hərbi Hava Qüvvələrinə və İslam İnqilabı Keşikçiləri Korpusuna verilməsi onların operativ və taktiki imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti