...

Ermənistanda etiraz aksiyalarının növbəti dalğası

Dünya xəbərləri Materials 28 Avqust 2015 19:20 (UTC +04:00)
Ermənistanda "Talana yox" Təşəbbüs Qrupu yenidən etiraz aksiyalarına başlayacağını bildirib.
Ermənistanda etiraz aksiyalarının növbəti dalğası

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Ermənistanda "Talana yox" Təşəbbüs Qrupu yenidən etiraz aksiyalarına başlayacağını bildirib. Trend bu barədə "Kommersant"a istinadən xəbər verir.

"Talana yox" Təşəbbüs Qrupu küçə aksiyalarının sentyabrın 1-dən başlayacağını bildirib.

Məlumatda bildirilir ki, aksiya sentyabrın 1-də yerli vaxtla saat 16:00-da başlayacaq.

Təşəbbüs Qrupunun təmsilçiləri bildiriblər ki, onlar aksiyaları müvəqqəti olaraq dayandırmışdılar və hökumətdən tələblərinin yerinə yetirilməsini gözləyirdilər.

Qeyd edək ki, etiraz aksiyaları iyulun 1-dən ölkədə eklektrik enerjisinin tariflərinin bahalaşmasına qarşı keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti