...

ABŞ-ın Yəməndəki səfirliyinin yaxınlığında partlayış baş verib

Dünya xəbərləri Materials 30 Avqust 2015 04:40 (UTC +04:00)
Yəmənin paytaxtı Sənada, ABŞ səfirliyinin yaxınlığında minalanmış avtomobil partladılıb.
ABŞ-ın Yəməndəki səfirliyinin yaxınlığında partlayış baş verib

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Yəmənin paytaxtı Sənada, ABŞ səfirliyinin yaxınlığında minalanmış avtomobil partladılıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, yolun kənarında dayanan maşın şəhərin şərq hissəsində partlayıb.

Şahidlərin sözlərinə görə, terror aktından dərhal sonra şiddətli atışma olub.

Ölən və xəsarət alanlar barədə hələ ki, məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti