Azərbaycan, Bakı, 9 sentyabr /Trend/
Rusiyada MDB iştirakçı dövlətlərinin hava-kosmik müdafiəsi konsepsiyası hazırlanıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Hərbi Kosmik Qüvvələrinin baş komandanının birinci müavini Pavel Kuraçenko deyib.
O bildirib: "Bu konsepsiya dövlətlərimizin təhlükəsizliyini təmin etmək üçün dövlət və hərbi plan baxımından hansı zəruri tədbirləri qəbul etməyi müəyyənləşdirəcək".
General qeyd edib ki, konsepsiya dost dövlətlərdəki həmkarlara göndərilib.