Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/
Məkkədə baş vermiş insidentdə İrandan olan bir nəfər həlak olub, 25 -i isə yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi məlumat verir.
Məlumata əsasən, həlak olmuş iranlı Həmədan şəhərindən Məkkəyə gedən zəvvarlardandır. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Məkkə şəhər xəstəxanasına yerləşdirilən yaralılardan 10 nəfəri qadındır.
Məlumata əsasən, baş vermiş insidentlə əlaqədər İranlıların məskunlaşdığı hotellərin birinin elektrik enerjisi kəsildiyindən, oradakı zəvvarlar digər mehmanxanalara köçürülüb.