...

XİN: İran Rusiyanın Suriyada hərbi əməliyyatını dəstəkləyir

Dünya xəbərləri Materials 1 Oktyabr 2015 16:21 (UTC +04:00)
İran Rusiyanın Suriyada terror qruplaşmalarına qarşı hərbi əməliyyatlarını dəstəkləyir.
XİN: İran Rusiyanın Suriyada hərbi əməliyyatını dəstəkləyir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

İran Rusiyanın Suriyada terror qruplaşmalarına qarşı hərbi əməliyyatlarını dəstəkləyir. Trend-in "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mərziyyə Əfxəm deyib.

O bildirib: "İran bu əməliyyatı terrorçuluqla mübarizədə addım və regionda mövcud böhranın nizamlanmasına kömək hesab edir".

Xanım M.Əfxəm qeyd edib ki, qlobal və regional sülhə təhdid olan terrorçuluqla real mübarizə zərurətdir: "Bu məqsədlərin reallaşdırılması İraq və Suriya hökumətləri ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyətləri tələb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti