...

​Əhməd Davudoğlu: Türkiyə hava məkanını pozan təyyarələri vuracaq

Dünya xəbərləri Materials 18 Oktyabr 2015 04:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Türkiyə Silahlı Qüvvələri ölkənin hava məkanını pozan təyyarələri tərəddüd etmədən vuracaq.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə oktyabrın 17-də Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyanat verib.

"Biz ötən gün pilotsuz uçan aparat vurmuşuq. Əgər bu təyyarə olsaydı, biz analoji addımı atardıq. Bizim siyasətimiz məlumdur. Sərhədlərimiz pozulacağı təqdirdə tərəfimizdən mütləq cavab veriləcək", - deyə Davudoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti