...

İranda vəzifəli şəxs rüşvətə görə həbs olunub

Dünya xəbərləri Materials 17 Noyabr 2015 10:51 (UTC +04:00)
İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərinin icra hakimiyyətində xarici vətəndaşlar və miqrantlarla bağlı iş üzrə idarə rəisi İslam İnqilabı Keşikçilər Korpusunun Təhlükəsizlik Qüvvələri tərəfindən həbs edilib.
İranda vəzifəli şəxs rüşvətə görə həbs olunub

Bakı. Təmkin Cəfərov - Trend:

İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərinin icra hakimiyyətinin xarici vətəndaşlar və miqrantlarla bağlı iş üzrə idarə rəisi İslam İnqilabı Keşikçilər Korpusunun Təhlükəsizlik Qüvvələri tərəfindən həbs edilib. Bunu Zahidan şəhər prokuroru Məhəmməd Mərziyyə deyib. Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi məlumat verib.

M.Mərziyyə saxlanılan şəxsin işlədiyi idarədə xarici vətəndaşlardan rüşvət aldığı üçün həbs olunduğunu bildirib. Prokuror saxlanılan şəxsin adını açıqlamayıb: "Bu işlə bağlı ətraflı məlumat təhqiqat başa çatdıqdan sonra ictimaiyyətə çatdırılacaq".

Qeyd edək ki, İranın MEHR agentliyinin məlumatına görə, Çabahar Azad İqtisadi Zonasının rəis müavini də korrupsiyaya görə həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti