...

Malidə terrorçular 170 nəfəri girov götürüb

Dünya xəbərləri Materials 20 Noyabr 2015 13:55 (UTC +04:00)

Bakı. Trend:

Naməlum şəxslər Malinin paytaxtı Bamakoda yerləşən "Radisson Hotel Bamako" hotelinə silahlı hücum edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, iki terrorçu 170 nəfəri girov götürüb.

Bunlardan 140-ı hotelin müştərisi, 30-u isə işçisidir.

Silahlı hücum nəticəsində 3 nəfər həlak olub. Təhlükəsizlik qüvvələri hoteli mühasirəyə alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti