...

Rusiyada helikopter qəzaya uğrayıb: 15 ölü (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 26 Noyabr 2015 11:31 (UTC +04:00)
Rusiyanın Krasnoyarsk diyarında "Mi-8" helikopteri qəzaya uğrayıb.
Rusiyada helikopter qəzaya uğrayıb: 15 ölü (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Rusiyanın Krasnoyarsk diyarında "Mi-8" helikopteri qəzaya uğrayıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 15 nəfər həlak olub, 10 nəfər ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib.

Bunlar helikopterin heyət üzvləri və sərnişinlərdir.

Daha əvvəl verilən məlumatda deyilirdi ki, hadisə nəticəsində 17 nəfər sağ qalıb. Helikopterin göyərtəsində 22 sərnişin və 3 heyət üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti