Türkiyənin şərqində yenidən zəlzələ baş verib

Dünya xəbərləri Materials 3 Dekabr 2015 23:22 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin şərqində, Bingöl vilayətinin Kığı şəhərində Rixter şkalası üzrə 4,0 bal gücündə zəlzələ vaş verib.

Trend-in TRT telekanalına istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 18:42-də baş verib.

Təbii fəlakətin ocağı 11 km dərinlikdə qeydə alınıb.

Xatırldaq ki, bu gecə yerli vaxtla saat 01:27-də həmin ərazidə 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti