...

İran iki nəfərlik təyyarə istehsal edəcək

Dünya xəbərləri Materials 11 Dekabr 2015 11:27 (UTC +04:00)

Bakı. Təmkin Cəfərov - Trend:

"İki nəfərlik təyyarənin layihəsi və dizaynı başa çatıb. Hazırda təyyarənin geniş miqyasda istehsalı üçün işlər görülür". Bunu İranın Aerokosmik Tədqiqatlar İnstitutunun sədri Fəthullah Ommi deyib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews.ir məlumat verir.

F.Ommi deyib ki, hökumət aerokosmik tədqiqatlar aparmaq məqsədi ilə işçi qrupu yaradıb: "İşçi qrupu ölkədə 60 layihə həyata keçirəcək. Həmin layihələr əsasən pilotsuz təyyarələr, yüngül və az ağır təyyarələrin istehsalı sahəsində araşdırmaların aparılmasıdır".

F.Ommi deyib ki, iki nəfərlik təyyarədən başqa, 4 və 6 nəfərlik təyyarələrin də istehsalı üçün işlər gedir və yaxın vaxtlarda həmin təyyarələrin də istehsalına başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti