...

İran XİN müavini: Suriya məsələsində Tehran və Moskvanın heç bir ziddiyyətli mövqeyi yoxdur

Dünya xəbərləri Materials 14 Dekabr 2015 12:48 (UTC +04:00)
İran və Rusiya arasında Suriya məsələsi ilə bağlı heç bir fziddiyyətli mövqe yoxdur.
İran XİN müavini: Suriya məsələsində Tehran və Moskvanın heç bir ziddiyyətli mövqeyi yoxdur

Bakı. Təmkin Cəfərov - Trend:

İran və Rusiya arasında Suriya məsələsi ilə bağlı heç bir ziddiyyətli mövqe yoxdur. Bunu İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian deyib. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi məlumat verir.

H.Əmirabdullahian deyib ki, hər iki ölkə Suriya ordusuna terrorizmlə mübarizədə yardım edir: "İranın hərbi məsləhətçiləri Suriyada terrorizmlə mübarizə üçün işlərini fasiləsiz davam etdirirlər".

H.Əmirabdullahian həmçinin bildirib ki, Rusiya Suriyada terrorizmlə mübarizəni rəsmi Dəməşqlə koordinasiyalı şəkildə həyata keçirir və biz bunu müsbət addım hesab edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti