...

Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 26 Dekabr 2015 01:05 (UTC +04:00)
Əfqanıstanın şimalında 6,2 bal gücündə zəlzələ baş verib
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Əfqanıstanın şimalında 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Yeraltı təkanların episentri İşkaşim şəhərindən 33 km cənub-qərbdə yerləşib. Təbii fəlakətin ocağı 200 km dərinlikdə olub.

Təkanların Pakistan və Hindistanda da hiss edildiyi qeyd olunur.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti