...

İŞİD üzərində qələbə 2016-cı ildə qazanılacaq - İraqın baş naziri

Dünya xəbərləri Materials 29 Dekabr 2015 04:14 (UTC +04:00)
İraq ərazisində "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) üzərində qələbə 2016-cı ildə qazanılacaq
İŞİD üzərində qələbə 2016-cı ildə qazanılacaq - İraqın baş naziri

Bakı. Trend:

İraq ərazisində "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) üzərində qələbə 2016-cı ildə qazanılacaq.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Heydər əl-Abadi bildirib.

"2016-cı il böyük və qəti qələbə ili olacaq. Həmin il İŞİD-in İraqda mövcudluğuna son qoyulacaq", - deyə Heydər əl-Abadi bildirib.

Bu gün İraqın hökumət qüvvələrinin Ramadi şəhərini İŞİD terrorçularından tam olaraq azad etdiyi xəbəri yayılıb.

Xəbər lenti

Xəbər lenti