Bakı. Trend:
Küveyt İrandakı səfirini geri çağırıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Məlumata görə, buna səbəb Səudiyyə Ərəbistanının İrandakı diplomatik missiyalarına hücum olub.
Qeyd edək ki, ötən şənbə günü Səudiyyə Ərəbistanı aralarında şiə din xadimi Nimra ən-Nimranın olduğu 47 nəfəri edam etmişdi. İran din xadiminin edamına qarşı sərt etiraz etmişdi.