Bakı. Trend:
Tehran "Washington Post" qəzetinin müxbiri Jason Rezaianla yanaşı ikili vətəndaşlığı (ABŞ-İran) olan daha üç məhbusu azad edib.
Trend-in Fars agentliyinə istinadən verdiyi məlumata görə, İran televiziyası ilə azad olunacaq şəxslərin adları açıqlanıb.
Bunlar Saed Abedini, Əmir Hekmati və Nüsrətullah Xosravidir.
Tehran bildirir ki, azadlığa buraxılanlar ABŞ məhbəsində saxlanılan 7 iranlıya dəyişdiriləcək.