...

Gürcüstanda yol qəzası: 5 ölü, 3 yaralı

Dünya xəbərləri Materials 20 Fevral 2016 22:20 (UTC +04:00)
Bu gün axşam saatlarında Gürcüstanın Kaxetiya regionunda baş verən yol qəzasında 5 nəfər ölüb, 3 nəfər yaralanıb.
Gürcüstanda yol qəzası: 5 ölü, 3 yaralı

Bakı. Trend:

Bu gün axşam saatlarında Gürcüstanın Kaxetiya regionunda baş verən yol qəzasında 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumatına əsasən, ölənlər arasında azyaşlı uşaqda var.

İlkin məlumata əsasən, qəza iki mikroavtobusun toqquşması nəticəsində baş verib. Onlardan birinin yüksək sürətlə hərəkət etdiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidməti cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti