...

WP: Türkiyə və ABŞ Suriya sərhədinə yaxın məxfi əlaqələndirici mərkəz yaradıb

Dünya xəbərləri Materials 7 Mart 2016 13:53 (UTC +04:00)
Türkiyə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ölkənin digər xüsusi xidmət orqanları ilə təmaslarını dərinləşdirərək məxfi əlaqələndirici mərkəz yaradıb.
WP: Türkiyə və ABŞ Suriya sərhədinə yaxın məxfi əlaqələndirici mərkəz yaradıb

Bakı. Elçin Hüseynov - Trend:

Türkiyə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ölkənin digər xüsusi xidmət orqanları ilə təmaslarını dərinləşdirərək məxfi əlaqələndirici mərkəz yaradıb. Bu barədə Trend "The Washington Post" qəzetinə istinadən xəbər verir.

Son il ərzində Türkiyə ərazisindən terroristlərin tranziti ilə mübarizə sahəsində geniş iş aparıb. İri hava limanları və nəqliyyat tranzit mərkəzlərində xüsusi agentur müşahidə qrupları yaradılıb, Suriya sərhəddində isə yeni baryerlər tikilib. Yeni gələn və "İslam dövləti" ilə əlaqələrdə şübhəli bilinən qaçqınları nəzarətdə saxlamaq üçün aidiyyatı orqanların səlahiyyəti genişləndirilib.

Terrorizmlə mübarizə məsələlərini müzakirə etmək üçün MKİ-nin sədri Con Brennan Ankaraya bir necə dəfə səfər edib. Onun son səfəri bu ilin yanvar ayında olub. Bunun nəticəsi kimi, MKİ və Türkiyə kəşfiyyatı (MİT) tərəfindən Suriya sərhəddinə yaxın məxfi əlaqələndirici mərkəz yaradılıb.

Qazet qeyd edir ki, iki ölkə xüsusi xidmət orqanlarının partnyorluğu terrorizmlə bağlı adi əməkdaşlıqdan kənara çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti