...

Rusiya ABŞ-ın əsas qlobal təhlükəsidir

Dünya xəbərləri Materials 18 Mart 2016 13:00 (UTC +04:00)
ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib ki, ölkə təhlükəsizləyinə əsas qlobal strateji təhdidlər siyahısında Rusiya birinci yerdədir.
Rusiya ABŞ-ın əsas qlobal təhlükəsidir

Bakı. Trend:

ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib ki, ölkə təhlükəsizləyinə əsas qlobal strateji təhdidlər siyahısında Rusiya birinci yerdədir.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə E.Karter ABŞ Senatının hərbi qüvvələr üzrə komitəsinin iclasında çıxış edərkən bildirib.

Siyahıda Rusiyadan sonra Çin, Şimali Koreya, İran və terrorçuluq durur. Bu təhdidlərə uyğun ABŞ Müdafiə Nazirliyi öz büdcəsini planlaşdırır və qurur.

E.Karter deyib ki, bu günkü vəziyyət son 25 il ərzində olan durumdan xeyli fərqlənir və yeni investisiya və hərəkətlər tələb edir.

Pentaqonun məlumatına əsasən, nazirliyin yeni baza büdcəsinə 523,9-582,7 milyard dollar vəsait tələb olunur. Bu rəqəmdən 59,8 milyard xaricdəki əməliyyatların maliyyələşməsinə xərclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti