Bakı. Rufiz Hafizoğlu - Trend:
İran prezidenti Həsən Ruhaninin Ankaraya səfəri zamanı Türkiyə və İran terrorizmə qarşı birgə mübarizə məsələsini müzakirə edəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Türkiye" qəzeti bazar ertəsi məlumat verib.
İran prezidentinin Ankara səfəri yaxın vaxtlara planlaşdırılıb, lakin səfərin dəqiq tarixi hələ razılaşdırılır.
Səfər çərçivəsində həmçinin, regional məsələlərin, xüsusən Suriya böhranının tənzimlənməsi məsələsinin müzakirəsi nəzərdə tutlur.